Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan parlamentinin “Hayastan” blokunun parlament fraksiyasının rəhbəri Anna Qriqoryan Baş nazir Nikol Paşinyanı tez-tez yalan danışmaqda ittiham edib.
Modern.az xəbər verir ki, A.Qriqoryan bunu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Nikol Paşinyan müxalifətə siyasi oyun təklif edib.
“Guya, o, vəzifədən getməyə hazırdır və bununla müxalifət elektoratını da referendumun keçirilməsinə razı salmağa çalışır: niyə referenduma getməyək ki, Nikol Paşinyan hakimiyyətdən getsin?”
Anna Qriqoryan deyib ki, Paşinyanın siyasi kapitalının əsasında yalan dayanır.
“İnsan hər gün yalan danışırsa, xroniki yalançıdırsa, onun təklifinə necə yanaşmaq olar? Buna hansı təminat var? Onun istefa verəcəyinə inanmaq istəmirəm”, – deyə müxalifətçi deputat vurğulayıb.
Xatırladaq ki, Paşinyan daha əvvəl müxalifətə yeni Konstitusiya layihəsinin referendumla qəbul edilməsi ilə bağlı təklif irəli sürüb. Onun təklifinə görə, müxalifətin razılığı ilə Konstitusiya layihəsi ümumxalq səsverməsinə çıxarıla bilər.
Əgər xalq referendumda “xeyr” deyərsə, Paşinyan istefa verəcək. “Bəli” cavabı veriləcəyi təqdirdə isə o, sülh prosesini məntiqi sonluğuna çatdıracaq və növbəti parlament seçkilərində baş nazir postuna namizədliyini irəli sürməyəcək.