Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Mən fikirləşirdim ki, niyə ölkə başçısı dövlətçiliyin əsaslarını məhv edir.
Burada cəmi üç variant ortaya çıxır: birincisi, ölkə rəhbəri agentdir, ikinci variant ölkə rəhbəri cahil və təkəbbürlüdür, üçüncü variant isə bunu düşünərək və qəsdən edir".
"Unikal" xəbər verir ki, bunu Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, Paşinyanın agent olması barədə heç bir faktı yoxdur: "Bir formulam var ki, Ermənistan Respublikasının baş naziri Türkiyənin agenti olsaydı, bu gün atılan addımları tam olaraq atardı.
Amma mənim heç bir faktım yoxdur, bu, təbii ki, fərziyyədir.
Baxmayaraq ki, bu yaxınlarda Paşinyanın özü təyin etdiyi eks-nazir əlində faktların olduğunu və yaxın vaxtlarda dərc edəcəyini açıqlamışdı.
İkincisi, məlum oldu ki, məsələn, ölkə rəhbəri cahildir, təkəbbürlüdür.