Paşinyan yaxın vaxtlarda Rusiyaya gedəcək Peskovdan AÇIQLAMA

07.09.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiyaya səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti" agentliyinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, səfər yaxın vaxtlarda baş tutmalıdır, lakin hələlik dəqiq tarixlər yoxdur.
 

Kreml nümayəndəsinin sözlərinə görə, Paşinyanın Rusiyaya səfəri cari ilin sonuna qədər həyata keçəcək.


Xatırladaq ki, Vladimir Putin Bişkekdə jurnalistlərə müsahibəsində Aİ ilə Aİİ arasında seçim etmək üçün Paşinyanı Moskvaya çağırdığını bəyan etmişdi.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью