Paşinyan: Yeni Konstitusiyada Müstəqillik bəyannaməsinə istinad olmamalıdır

16.04.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mənim fikrimcə, yeni Konstitusiyanın mətnində Müstəqillik bəyannaməsinə istinad olmamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir qeyd edib ki, bu məsələdə xalq qərar verməlidir.

Qeyd edək ki, Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır.

Belə ki, Müstəqillik haqqında bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var.

Azərbaycan isə buna kəskin etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişik edilməsini şərt kimi irəli sürür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью