Paşinyan yeni müxalifət axtarır “Onlar məhv edilib”

26.10.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yerli idarəetmə orqanlarına seçkilərdən də göründüyü kimi, üçbaşlı müharibə partiyası məhv edilib.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsindəki canlı yayımda deyib.

O qeyd edib ki, Ermənistanda "kənardan idarə olunan casus müxalifətinin kökü kəsilməlidir”.

"Ermənistanda yeni, dövlət yönümlü müxalifət formalaşmalıdır, lakin onu hökumət formalaşdırmamalıdır", -Paşinyan əlavə edib.

Onun dediyinə görə, yeni müxalifətin formalaşması məsələsini müzakirə etmək üçün ictimai dinləmələr keçirilməlidir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью