Paşinyan yeni pasport üçün şəkil çəkdirdi

31.10.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni pasport alacaq. O yeni yeni şəxsiyyət vəsiqəsi almaq üçün biometrik məlumatların toplanması prosedurundan keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Armenpress məlumat yayıb.

Paşinyan İrəvandakı "Yerevan Mall" ticarət mərkəzində yeni biometrik sənədlərin verilməsi üzrə ilk xidmət ofisinin açılış mərasimində iştirak edib və şəxsən biometrik məlumatlarını təqdim edib.

Xatırladaq ki, Ermənistanda yeni biometrik sənədlərin verilməsi sisteminin noyabrın 1-dən fəaliyyətə başlaması nəzərdə tutulur.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью