Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, Milli Assambleyada parlament çoxluğunu formalaşdıran siyasi qüvvə kimi "Vətəndaş müqaviləsi" Ermənistan Respublikası Konstitusiyasının 149-cu maddəsini rəhbər tutaraq, Konstitusiyada nəzərdə tutulan təyinat prosedurunun təmin edilməsi məqsədilə Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı zəruri sənədlər paketini ölkə Prezidentinə təqdim edib.
Qeyd edək ki, bu gün Knyaz Həsənovun sədrliyi ilə Ermənistan Milli Assambleyasının 9-cu çağırışının ilk iclası başlayıb. Prosedura uyğun olaraq Ermənistan hökuməti istefa verib.