Paşinyan yenidən “hücuma keçdi” İrəvanın küçələri QARIŞDI KONKRET

30.07.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İrəvanda keşiş Baqrat Qalstanyanın tərəfdarları saxlanılıb.

KONKRET.az xəbər verir ki, Baqrat Qalstanyanın lideri olduğu “Müqəddəs mübarizə” hərəkatının üç tərəfdarı İrəvanda keçirilən etiraz aksiyası zamanı həbs edilib.

Məlumata görə, fəallar İrəvandakı körpülərdən birinin üzərinə “Siyasi məhbuslara azadlıq” yazılmış plakat yerləşdiriblər.

Qalstanyan və onun bir sıra tərəfdarları bu yaxınlarda Ermənistanda hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdi ilə bağlı həbs olunublar. Arxiyepiskop tərəfdarlarının axtarışı zamanı elektrik kabellərinə və internet bağlantılarına zərər vurmaq üçün nəzərdə tutulmuş çoxlu yanar əşyalar aşkar edilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью