Paşinyan: Yerasx Naxçıvan yolu ilyarım vaxt aparacaq

22.04.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.

"Əminəm ki, 2026-cı ildə işlərə başlayacağıq. Məncə, ən tez istifadəyə verilən elektrik verilişi xətləri olacaq", - Paşinyan qeyd edib.

O vurğulayıb  ki, Gümrüdən Türkiyəyə qədər və Yerasx (Arazdəyən)-Naxçıvan (Azərbaycan) dəmir yolu sahələrinin yenidən qurulması bir il - il yarım vaxt aparacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью