Paşinyan Zəngəzur dəhlizi barədə: Onlar idarə edəcəklər

21.08.2025

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Ermənistan-ABŞ şirkəti həmin yola (Zəngəzur dəhlizi – red.) nəzarət etməyəcək, amma onu idarə edəcək. Bu şirkət tranzitin idarə edilməsini həyata keçirəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Baş nazir İran yük maşınlarının həmin yoldan keçməsi ehtimalına toxunaraq, Rusiyanın konsessiya əsasında idarə etdiyi dəmir yolunu misal çəkib:

“Həmin dəmir yolu çoxsaylı yaşayış məntəqələri və avtomobil yollarından keçir, onlarla, yüzlərlə keçid məntəqələri var. Heç bir Ermənistan, İran, Gürcüstan və Avropa avtomobili həmin yoldan keçərkən heç bir problemlə üzləşmir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью