Paşinyan Zəngəzura “HƏ” dedi, Rusiya tətikdədir... | Icma.az
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mətləb Salahov: “Paşinyanın Brüssel səfərindən sonra Ermənistanda həlledici proseslər başlayacaq” “Ermənistanın baş naziri Nikol Paşinyanın son Brüsselə səfəri və orda qəbul edilən qərarlar o deməkdir ki, Ermənistan daxilindəki revanşistləri və Moskvaya bağlı qüvvələri “təmizləyən” hakimiyyət başçısı, həm də parlament seçkilərinə qədər həlledici addımlar atmağı planlaşdırır.
Bura Azərbaycanla sülh müqaviləsinin imzalanması, kommunikasiya xətlərinin açılması, İrəvanın bölgədəki mühüm infrastruktur layihələrə qoşulması kimi aktual məsələlər daxildir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib.
M.Salahov vurğulayıb ki, Ermənistandakı sülh əleyhdarlarını, əsasən də “çörəyi” Qarabağ kartından çıxan revanşistləri zərərsizləşdirməyə və erməni ictimai rəyində mövqelərini gücləndirməyə çalışan erməni baş nazir, buna paralel olaraq da Qərbin bölgədəki gələcək layihələri və Azərbaycanla münasibətlər barədə planlar qurur.
“Əslində Qarageni və kilsə hakimiyyətini darmadağın etməklə N.Paşinyan qarşıdakı daha mühüm addımlar üçün hazırlıq görür, Ermənistan cəmiyyətini buna hazırlayır.
Samvel Karapetyan kimi bir oliqarxı həbsə atdırıb zərərsizləşdirmək indiki baş nazir üçün olduqca uğurlu əməliyyat sayılmalıdır.
Ən maraqlısı odur ki, erməni cəmiyyəti də onun bu addımlarını dəstəkləyən mövqe sərgiləyir.
Tam oxu
Xəbəri oxu