Paşinyana altı səs lazımdır, referendum olmayacaq

27.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiya referendumunun keçirilməsi ilə bağlı layihəni parlament yolu ilə qəbul etdirə bilməyəcək.

Axar.az xəbər verir ki, bunu Maariflənmiş Ermənistan Partiyasının lideri Edmon Marukyan deyib.

"Hazırda referendumun keçirilməsi perspektivini görmürəm. Növbədənkənar seçkinin keçirilməsi ehtimalını görürəm. Parlament müxalifətinə inanıram ki, onlar öz səslərini verməyəcəklər.

Bu vəziyyətdə Paşinyan qanun layihəsini qəbul etdirə bilməyəcək və parlamenti buraxaraq növbədənkənar seçki keçirməli olacaq. Çünki burada bir-iki səsdən deyil, altı səsdən söhbət gedir”, - E.Marukyan qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью