Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Respublika Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək və artıq baş nazir vəzifəsinə namizəd barədə qərar verib.
“Cebheinfo.az”-ın məlumatına görə, adıçəkilən partiyanın lideri Aram Sarkisyan sosial mediada baş nazirliyə namizəd olacağını açıqlayıb. Onun fikrincə, Ermənistan parlamenti Qərb dəyərlərini tam şəkildə bölüşən və müdafiə edən siyasi qüvvə ilə təmsil olunmalıdır.
Qeyd edək ki, Aram Sarkisyan Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında fəal iştirak etmiş, 1999-cu ildə Ermənistan parlamentində terror aktı zamanı öldürülmüş sabiq baş nazir Vazgen Sarkisyanın qardaşıdır.
Aram Sarkisyan siyasi mövqeyinə görə Baş nazir Nikol Paşinyana yaxın siyasətçi hesab edilir. Hətta 2021-ci ildə prezident seçkiləri zamanı Paşinyanın dost münasibətində olduğu Aram Sarkisyanın da namizədliyini nəzərdən keçirdiyi bildirilirdi.
Lakin Ermənistanın siyasi həyatında və ictimaiyyətdə Respublika Partiyasının və liderinin reytinqi çox aşağıdır. Son rəy sorğuları göstərir ki, respondentlərin yalnız 1,5 faizi Respublika Partiyasına səs verməyə hazırdır.
Bu göstərici ilə Respublika Partiyasının iyun ayında keçiriləcək parlament seçkilərində 5 faizlik barajı keçmək və Milli Məclisə düşmək şansı demək olar ki, yoxdur.
Ümumiyyətlə, Respublika Partiyası geniş sosial bazası olmayan siyasi təşkilatlardan sayılır. Ona görə də Aram Sarkisyanın baş nazirliyə namizəd olması real görünmür.
Sarkisyan ən yaxşı halda hakim “Vətəndaş Müqaviləsi” Partiyası ilə blok şəklində seçkilərə getmək və namizədlərin proporsional siyahısında ön sırada yer tutmaqla deputat ola bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin