Paşinyana Qarabağ və “soyqırımı” təbriki Ankara razı qaldı

24.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsindən Müstəqillik Bəyannaməsinə istinadı çıxarması müsbət qarşılanıb.

Turkustan.az xəbər verir ki, Türkiyənin Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç bu addımı tarixi dəyişiklik adlandırıb.

Türkiyəli diplomat Qarabağ və qondarma “erməni soyqırımı” məsələlərinin yer aldığı Müstəqillik Bəyannaməsinə istinadı Türkiyə ilə mübahisəyə səbəb olan ifadə kimi qiymətləndirib.

“Həmişə dediyim kimi, cənab Nikol Paşinyan təkcə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində deyil, həm də regionda sülh və sabitliyin bərqərar olunması məsələsində konstruktiv və səmimi tərəfdaşdır”, – diplomat “X” sosial şəbəkəsində yazıb. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью