Paşinyana qarşı yeni cəbhə: Qovduğu deputat partiya qurur

29.12.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasından qovulan deputat Ovik Ağazaryan partiya qurur.

Publika.az xəbər verir ki, bu barədə Ağazaryan özü məlumat verib.

“Təşəbbüs qrupu adından mən Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada partiyanın yaradılması prosesinə başladığımızı bildirmək səlahiyyətinə malikəm.

Partiyanın adı "Vahid Milli Sosialist Partiyası" olacaq.

Təsis konfransının yerini, gününü və vaxtını 2025-ci il yanvarın 3-də elan edəcəyik”, - deyə Ağazaryan bildirib.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью