Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanda “Sisakan” dəstəsinin komandiri Aşot Minasyan Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun vəkili Miqran Poqosyan “Sputnik Ermənistan”a məlumat verib.
Vəkilin sözlərinə görə, məhkəmə Minasyanın şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə qərarı bir gün əvvəl qəbul edib.
Qeyd edək ki, A.Minasyan 2021-ci ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdin hazırlanması ittihamı ilə həbs edilib. O zaman Minasyanda çox sayda silah-sursat aşkar edildiyi açıqlanmışdı.
Murad İsmayıl