Paşinyana yazılan şərh 100 min layk topladı

07.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın TikTok səhifəsində paylaşdığı videoya yazılan şərh sosial şəbəkədə böyük maraq doğurub.

Modern.az xəbər verir ki, paylaşımın şərh bölməsində istifadəçilərdən biri Paşinyana müraciətlə “Zəhmət olmasa, Rusiyanı Ermənistanın tərkibinə daxil etmək üçün referendum keçirə bilərsinizmi?”, yazıb.

Şərh qısa müddətdə 100 mindən çox bəyənmə toplayıb. Hazırda şərhin 101,6 min laykı var. Paylaşımın altında şərhə 4200-dən çox cavab da yazılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью