Paşinyandan Azərbaycan AÇIQLAMASI

28.09.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.

News24.az xəbər verir ki, tərəflər cari ilin avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının vacibliyini qeyd edib və bunun Cənubi Qafqazda sabitliyə və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

Paşinyan və Quterreş 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə 17-ci Konvensiyasının təşkili və bu sahədə əməkdaşlığı müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью