Paşinyandan Azərbaycan Ermənistan sülh sazişi ilə bağlı AÇIQLAMA

01.10.2026

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Sülhün artıq reallığa çevrildiyini, lakin hələ tam şəkildə institusionallaşmadığını qeyd edən hökumət başçısı bildirib ki, hökumət xalqın gözləntilərini qarşılamalı və prosesin sona çatmasını təmin etməlidir.

"Biz ara mərhələyə çatmışıq. Və bu, son deyil. Biz son mərhələyə keçməliyik”, - o əlavə edib.

Sülh sazişinin imzalanması və təsdiqlənməsi zərurəti kontekstində Baş nazir hökumət üzvlərini real problemlərə və praktik həllərə diqqət yetirərək bu prioritet ətrafında siyasi mesajlar və strategiyalar hazırlamağa başlamağa çağırıb. O eyni zamanda TRIPP layihəsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, Türkiyə ilə proseslər barədə öz fikrini səsləndirib.

Mürtəza
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью