GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin enerji sisteminin Azərbaycan və Türkiyənin enerji şəbəkələri ilə inteqrasiyasının məqsədəuyğun olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu fikirləri mətbuat konfransı zamanı enerji xətləri və nəqliyyat əlaqələri ilə bağlı çıxışı zamanı səsləndirib.
Paşinyanın sözlərinə görə, vahid regional enerji mərkəzinin yaradılması Cənubi Qafqazı beynəlxalq bazarlarda güclü enerji ixracatçısına çevirə bilər. Baş nazir qeyd edib ki, həm Ermənistanın, həm də Azərbaycanın enerji istehsalı gücləri mövcud tələbatı üstələyir və bu, qarşılıqlı faydalı əməkdaşlıq üçün imkan yaradır.
“Ermənistanın enerji sisteminin Azərbaycan və Türkiyənin enerji sistemi ilə inteqrasiya edilməsi düzgün addım olardı. Ermənistan daha geniş bazarlara çıxış üçün Azərbaycanın infrastrukturundan istifadə etməkdə maraqlıdır. Bunun müqabilində Azərbaycan Ermənistan üzərindən Naxçıvana və digər istiqamətlərə elektrik enerjisinin tranzitini həyata keçirə bilər”, – deyə Paşinyan vurğulayıb.
Tahir Turan
Globalinfo.az