GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verməsi müzakirələrə səbəb olub.
Baş nazir mülki şəxslərin həlak olmasına görə kədərləndiyini bildirib.
Paşinyanın addımı Azərbaycan ictimaiyyətində təqdir edilsə də, Ermənistanda birmənalı qarşılanmayıb.
Ermənilər arasında onun doğru addım atdığını deyənlərlə yanaşı, açıqlamasını tənqid edənlər də var.
Bu, həm də son 30 ildə İrəvan rəhbərlərindən birinin Bakıya qarşı ilk humanitar yanaşması kimi dəyərləndirilir.
Paşinyanın bu jesti Bakıda necə qiymətləndirilir? Onun başsağlığı mesajı sülh razılaşmasının siqnalı kimi dəyərləndirilə bilərmi?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Ermənistanın baş nazirinin Azərbaycana başsağlığı verməsi sülh prosesinə müsbət təsir edə bilər: “Digər tərəfdən, onun “X” platformasındakı paylaşımına azərbaycanlı istifadəçilərin müsbət reaksiyası diqqət çəkir.