Paşinyandan Bakıdakı ermənilərlə bağlı yeni çağırış: ABŞ dan xahiş etdim ki...

20.11.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“ABŞ dövlət katibinin müavini Alison Hukerin İrəvana səfəri zamanı bir çox məsələləri müzakirə etdik”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

Paşinyan Hukerlə Bakıda məhkəməsi davam edən erməni əsilli şəxslər barədə də danışdığını söyləyib:

“Biz bu mövzunu Hukerlə müzakirə etdik. Ondan mövzunu diqqət mərkəzində saxlamalarını və bizi də gedişatla bağlı məlumatlandırmalarını istədim”.

Qeyd edək ki, Nikol Paşinyan daha öncə avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı da bu məsələni qaldırdığını açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью