Paşinyandan etiraf: “Sülh”, “Ermənistan” və “Azərbaycan” sözlərini...

04.02.2026

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Baş nazir Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində çıxış edərək AzərbaycanErmənistan liderlərinin bu nüfuzlu mükafata layiq görülməsini regionda sülh prosesinin tarixi göstəricisi adlandırıb.

Globalinfo.az-ın xəbərinə görə, Paşinyan bildirib ki, son 40 ilə yaxın müddətdə “sülh”, “Ermənistan” və “Azərbaycan” sözlərini eyni kontekstdə təsəvvür etmək mümkün deyildi:

“2025-ci ildə baş verənlər və bu gün burada yaşananlar inanılmaz görünür. Bu mərasim təkcə sülh sazişinin qeyd olunması deyil, həm də münaqişə səhifəsinin bağlandığının təsdiqidir. Əks halda nə Azərbaycan Prezidenti, nə də mən bu mükafatı qəbul etməyə gələrdik”.

Baş nazir vurğulayıb ki, mükafatın Böyük İmam əl-Əzhər və Roma Papası tərəfindən təsis olunması müsəlman və xristian dünyasının Azərbaycan-Ermənistan sülhünə verdiyi dəstəyin rəmzidir.

Paşinyanın sözlərinə görə, sülh sazişi tərəflərin münaqişənin davam etməsinin daha böyük faciələrə yol açacağını dərk etməsi nəticəsində mümkün olub:

“Bu nailiyyət rəsmi olaraq liderlərə təqdim edilsə da, əslində xalqlarımıza məxsusdur. Sülhə ümid edən hər bir azərbaycanlıya və erməniyə aiddir”.

Çıxışında ABŞ Prezidenti Donald Trampa da xüsusi təşəkkür edən Paşinyan onun şəxsi təşəbbüs və səylərinin sülh sazişinin əldə olunmasında mühüm rol oynadığını bildirib. Trampın gələcəkdə Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid etdiyini söyləyib.

Sonda BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və ölkənin qurucusu mərhum Şeyx Zayed bin Sultan Al Nəhyana minnətdarlığını ifadə edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью