Paşinyandan etriaf: Bu bəyannamə ermənilər üçün faciədir | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müstəqillik Bəyannaməsini “böyük problem və faciə” adlandırıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.
“Son illərdə mən Müstəqillik Bəyannaməsini onlarla dəfə təkrar oxudum və dəhşətli nəticəyə gəldim.
Bu Bəyannamənin mahiyyəti ondan ibarətdir ki, Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir.
İndi sual budur ki, əsl Ermənistan və Ermənistan vətəndaşı kimdir.
Əsl Ermənistan vətəndaşı odur ki, Vətənini, Vətənini bu yerdən kənarda axtarmır”, - o qeyd edib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var.
Tam oxu
Xəbəri oxu