GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Ermənistan ordusu sülh gündəminin məntiqi də nəzərə alınaraq trasformasiya edilməlidir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Paşinyan ictimaiyyətin orduya baxışının dəyişməli olduğunu bildirib:
“Həmçinin cəmiyyətimizin orduya yanaşmasında da yenilənməyə ehtiyac var. Ermənistan Silahlı Qüvvələri mövcud regional vəziyyət və sülh gündəminin məntiqi nəzərə alınaraq siyasi, həmçinin strasteji qavrayışlar çərçivəsində transformasiya edilməlidir. Açıq şəkildə bəyan etmişik ki, bizim yeganə problemimiz Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü qoruyub saxlamaqdır”.
Ayşən Mustafa
Globalinfo.az