Icma.az bildirir, Olke.az saytına əsaslanaraq. Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sa
Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Bu o deməkdir ki, biz sazişin imzalanması ilə bağlı müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sazişi imzalamağa hazır olduğumu bildirim”, - o qeyd edib.
O əlavə edib ki, Azərbaycan sazişin rəsmi səviyyədə imzalanmasını iki məsələ ilə əlaqələndirir: “Bunlardan birincisi ATƏT-in Minsk Qrupu strukturlarının buraxılmasıdır.
Mən dəfələrlə demişəm ki, bu, Ermənistan üçün aydın gündəmdir.
Əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlasaq və bunu ediriksə, bu münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var?” Paşinyan təklif edir ki, Azərbaycan Sülh Sazişi və ATƏT MQ strukturlarının ləğvi ilə bağlı eyni vaxtda birgə bəyanat imzalansın.
“Bu, rəsmi təklifdir”, - Paşinyan bildirib. Bakının Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı mövqeyinə gəldikdə Paşinyan deyib ki, Azə
“Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik.