Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva tərəfindən İrəvana referendum mövzusunda təzyiq göstərilə biləcəyi ilə bağlı iddialara kəskin cavab verib.
“Yeni Sabah” xəbər verir ki, Paşinyan Kremlə açıq mesaj göndərib.
"Mən Sovet Ermənistanı Mərkəzi Komitəsinin katibi deyiləm ki, məni Rusiyaya çağırsınlar", — deyə Paşinyan bildirib və qərarların Ermənistana kənardan diktə edilə bilməyəcəyini vurğulayıb. Dominos pizza
Hökumət rəhbəri referendum kimi mühüm məsələlərin yalnız Ermənistanın səlahiyyət çərçivəsində olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, bu bəyanat Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərinin, eləcə də Avropa İttifaqına (Aİ) yaxınlaşma prosesinin geniş müzakirə olunduğu bir vaxtda səsləndirilib.