Paşinyandan KTMT açıqlaması: Sevinərəm

24.08.2026

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında  fəaliyyətini aktivləşdirməyi planlaşdırmır və hərbi blokun İrəvanı sıralarından xaric etməsini məmnuniyyətlə qarşılamağa hazırdır.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı bəyan edib.

"Açıq deyə bilərəm ki, biz KTMT-dəki fəaliyyətimizi aktivləşdirməyi planlaşdırmırıq. Mənə məlumdur ki, təşkilat daxilində Ermənistanın xaric edilməsi ilə bağlı müzakirələr aparılır. Əgər KTMT Ermənistanı öz sırasından çıxarmaq barədə qərar qəbul edərsə, mən buna çox şad olaram. Hər halda bu addım bizi 'təşkilatdan çıxmaq, yoxsa qalmaq' dilemmasından tamamilə azad edər", – deyə Nikol Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, Ermənistanın bu hərbi-siyasi bloka marağı artıq tamamilə tükənib. Eyni zamanda Paşinyan İrəvanın yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət prosesinə başlamaq niyyətində olduğunu da diqqətə çatdırıb. Ekspertlər Paşinyanın bu bəyanatını İrəvanın Moskvadan distantlaşmaq və Qərbə inteqrasiya xəttini rəsmiləşdirmək istəyinin növbəti bariz göstəricisi kimi qiymətləndirirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью