Paşinyandan kürdlərə mesaj: “Dəstəyimiz daimi olacaq”

21.03.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Novruz bayramı münasibətilə Ermənistanın kürd icmasını təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Kürd icması Ermənistan cəmiyyətinin ayrılmaz hissəsidir. Bizim sosial və mədəni müxtəlifliyimizə öz töhfələrini verirlər. İctimaiyyət nümayəndələrinə əmin-amanlıq, firavanlıq və yeni uğurlar arzulayıram”, – deyə Paşinyan qeyd edib.

O bildirib ki, kürd icmasının öz ana dilini qoruması və milli adət-ənənələrini yaşatması xoşdur:

“Bu məsələlərdə hökumətin dəstəyi daimi olacaq”.

Qeyd edək ki, rəsmi məlumatlara görə, Ermənistanda 2,5 minə yaxın kürd yaşayır.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью