Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ermənistan beynəlxalq tərəfdaşları ilə münasibətlərində hər zaman müəyyən diplomatik çərçivələri qoruyur”.
Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təmaslarından danışarkən deyib.
“Bu münasibətlərin səviyyəsi müxtəlif vaxtlarda fərqlənə bilər, lakin tərəflər mövcud formatlarda fəaliyyətlərini davam etdirirlər”, – deyə o bildirib.
Belarusa səfərlərlə bağlı məsələyə toxunan hökumət başçısı Ermənistanın bu ölkəyə getməmək barədə mövqeyini xatırladıb:
“Belarus istiqamətində rəsmi səfərlər həyata keçirilməyib və nümayəndə heyətləri də bu formatda göndərilməyib”.
Qərarın siyasi demarş olub-olmadığı barədə suala cavab verən Paşinyan bunu təsdiqləyib və “Bəli, demarş idi, nə olsun?”, deyə bildirib./Globalinfo.az