Paşinyandan Minsk Qrupu ilə bağlı YENİ TƏKLİF

15.04.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana yeni təklif irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı danışıb.

O, sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatın eyni vaxtda imzalanmasını təklif edib.

“Yəni sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanatı masaya qoymaq, həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq”, - Paşinyan qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью