Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Elə bir vəziyyət olmamalıdır ki, kimsə desin: Ermənistanın gedəcək yeri yoxdur, Ermənistan heç kimə lazım deyil.
Biz təcrübədə sübut etdik ki, Ermənistan çoxlarına beynəlxalq ictimaiyyətin məsuliyyətli tərəfdaşı və çox vacib bir ölkə kimi lazımdır”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə belə deyib.
“Biz sübut etdik ki, Ermənistan periferiya deyil”.
Rusiyanın referendum tələbi barədə danışan Paşinyan qeyd edib: “Gələcəkdə üzvlüklə bağlı Avropa İtifaqına müraciət etdikdə mütləq referendum keçirəcəyik”.
“Üçüncü seçim də ola bilər - nə Avrasiya İqtisadi İttifaqı, nə də Avropa İttifaqı. Biz nə birini, nə də digərini istəmirik. Kim dedi ki, hər kəs mütləq bir yerə getməlidir?”, - deyə Paşinyan əlavə edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin