Paşinyandan Moskvaya cavab:

07.08.2026

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında deyib.

Onun sözlərinə görə, başa düşürük ki, Avrasiya İqtisadi Birliyinə (Aİİ) və Avropa İttifaqına eyni vaxtda üzvlük mümkün deyil, amma bu qanunun qəbul edilməsi faktı Ermənistanın bu gün Aİ-yə üzv olmaq imkanına malik olması demək deyil.

O əlavə edib ki, Ermənistan Aİ üzvlüyünə hazır olsa belə, bu, ölkəmizin avtomatik olaraq təşkilatın üzvü olacağı anlamına gəlmir. “Bunun üçün yenə də Aİ üzv dövlətlərinin razılığı və Ermənistan vətəndaşlarının təsdiqi tələb olunacaq.

Digər tərəfdən, bu məsələnin əvvəlcədən institusional hazırlıq olmadan Ermənistan vətəndaşları qarşısında qaldırıla bilməyəcəyi aydındır. Hətta bu halda belə, Aİ-yə üzvlük üçün rəsmi müraciət təqdim etmək və daha sonra namizəd dövlət statusu almaq lazım gələcək.
Bu addımların ən azı böyük bir hissəsini tamamlamadan, bu məsələ ilə bağlı referendum keçirmək mənasız olacaq və vətəndaşlarımızın hazırda mövcud olmayan bir suala cavab verməsini gözləyəcəyik. Bu o deməkdir ki, Ermənistan vətəndaşlarından biri mövcud olmayan iki alternativ arasında seçim etmələrini gözləyirik.

Bu, xalqımıza qarşı hörmətsizlik və praktik olaraq qanunsuz olardı”, - o vruğulayıb.

 Mürtəza
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью