Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mülki Müqavilə” partiyasının qapalı iclasında Nikol Paşinyanın komanda yoldaşlarının narahatlığını aradan qaldırdığı və seçkilərdə mütləq qalib gələcəklərinə dair onlara təminat verdiyi barədə məlumatlar yayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti yazıb.
Nəşrin əldə etdiyi məlumata görə, Paşinyan müxalifətin mümkün addımlarına qarşı hazırlıqlı olduğunu bildirib: “Paşinyan qeyd edib ki, əgər ayın 8-də Robert Köçəryan və ya Samvel Karapetyan isterika yaratsalar, bu hal üçün onun “B” planı hazırdır. O, “Cinayət işlərinin materialları onları gözləyir” deyərək komandasını sakitləşdirib”.
Qəzet vurğulayır ki, hakimiyyət seçki sonrasında müxalifət liderlərinin etiraz dalğası qaldıracağı təqdirdə, onlara qarşı dərhal kütləvi həbslər və hüquqi təqib rıçaqlarını işə salmağı planlaşdırır.
Ağagül Mürsəlov,
KONKRET.az