Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, Ermənistan lideri təbrik məktubunda iki ölkənin bir-birinin suverenliyinə və milli maraqlarına hörmət etməsinin vacib olduğunu bildirib.
“Əminəm ki, Ermənistan və Rusiya xalqları arasında çoxşaxəli əlaqələr, eləcə də bir-birinin suverenliyinə və dövlət maraqlarına hörmət əsasında açıq və konstruktiv dialoqa qarşılıqlı istək ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə və bütün əməkdaşlıq imkanlarından istifadəyə töhfə verməyə davam edəcək”, - Nikol Paşinyan vurğulayıb.