Paşinyandan Putinə İLK zəng: Tramp yolu ndan danışdı

11.08.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edərək Vaşinqton görüşünün nəticələri ilə bağlı onu məlumatlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə baş nazir administrasiyası məlumat yayıb.

Paşinyan zəng zamanı Putinə “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi ilə bağlı birgə müraciət, regional kommunikasiyaların blokdan çıxarılmasını, həmçinin “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” ( Zəngəzur dəhlizi – red.) layihəsindən bəhs edib.

Həmsöhbətlər fəal təmasları və siyasi dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью