Paşinyandan Putini qəzəbləndirəcək ADDIM

13.08.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan məzuniyyətdə olduğu üçün Avrasiya İttifaqı ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının avqustun 15-də Qırğızıstanda keçiriləcək iclasında iştirak etməyəcək. 

“Cebheinfo.az” xatırladır ki, məzuniyyət onun Vaşinqtonda üçtərəfli danışıqlar aparmasına mane olmayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi “Armenia Sputnik”-ə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyini bildirmişdi.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью