Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ Sabiq prezidentləri ifşa edən GİZLİ SƏNƏDLƏR üzə ç…
Icma.az, Bizim media saytına istinadən bildirir. Ermənistan baş naziri Nikol Paşinyan revanşistlərə növbəti sarsıdıcı zərbə vurub.
Belə ki, Paşinyan Qarabağ danışıqları ilə bağlı bir sıra gizli sənədləri ictimaiyyətə açıqlayıb.Hansı ki, həmin sənədlərdə Azərbaycanla aparılan danışıqlar, müzakirə olunan məsələlər, əldə olunmuş nəticələr və bir sıra başqa məqamlar yer alıb.Açıqlanan bu sənədlərə əsasən məlum olub ki, Azərbaycan bütün danışıqlarda prinsipial mövqe sərgiləyərək, ermənilərə hər hansı ciddi güzəştə getməyib.
Ermənistanın keçmiş rəhbərləri Koçaryan, Sarkisyan və digərlərinin iddia etdiklərindən fərqli olaraq, beynəlxalq ictimaiyyət, habelə Minsk Qrupu belə Qarabağın Azərbaycandan ayrılması şərtini qəbul etməyib.
Onların da qərarı və tələbi Qarabağda yaşayan ermənilərin yalnız Azərbaycanın tərkibində yüksək status ala bilmələrilə bağlı olub.
Bu “yüksək status”a muxtariyyət belə daxil edilməyib.Sarkisyanın ifşa olan əsl simasıAçıqlanan sənədlər içərisində Serj Sarkisyanın Rusiya Prezidentinə yazdığı məktub xüsusilə diqqət çəkib.
Sarkisyan məktubunda Qarabağdakı separatçıların danışıqların bütün mərhələlərində “tamhüquqlu tərəf” kimi tanınmasını tələb edir, 1991-ci ildə keçirilmiş separatçı “referendumun” nəticələrinin gələcək statusun əsas hüquqi bazası sayılmasını istəyir və Azərbaycanın işğal olunmuş rayonlardan çıxmasını yalnız Rusiyanın təmin edəcəyi təhlükəsizlik şərtləri ilə şərtləndirirdi.Ermənistan rəhbərliyinin illər boyu “sülh tərəfdarı” görüntüsü yaratmasına baxmayaraq, əslində prosesə maksimalist, qeyri-konstruktiv və Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən mövqedən yanaşdığını təsdiqləyir.Ona görə də sənədlərin yayılması faktiki olaraq “Qarabağ klanı”nın əsl simasının üzə çıxması deməkdir.
Bu isə Ermənistanda seçkiqabağı Köçəryan və Sarkisyanın olan-qalan imicinin də məhv olacağını göstərir.Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Paşinyan ATƏT-in Minsk qrupu üzrə 28 ilə yaxın davam edən danışıqların mətninin bir hissəsini yaymaqla Ermənistandakı yalançı qəhrəmanları ifşa edib:“Bəlli oldu ki, yalançı qəhrəmanlar, Ter-Petrosyan, Koçaryan, Sarkisyan döyüş meydanında necə məğlub oldusa, onlar elə diplomatik meydanda da məğlub ola-ola gəliblər.
30 ilə yaxın davam edən danışıqlar prosesində heç bir vaxt Qarabağın qoparılması ilə bağlı hər hansı platformada uğur əldə edə bilməyiblər.
Tam oxu
Xəbəri oxu