Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan dövləti sərhədin mühafizəsinə görə bütün məsuliyyəti tədricən öz üzərinə götürməlidir.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin respublikadan çıxarılması mövzusunu şərh edərkən bildirib.
“Bütün bu illər ərzində sərhədlərimizin keşiyində dayandıqlarına görə Rusiya sərhədçilərinə minnətdarıq. Lakin düşünürəm ki, yaxın illərdə biz sərhədlərin mühafizəsinə görə məsuliyyəti tam şəkildə öz üzərimizə götürməliyik”, - hökumət başçısı bildirib.
Xatırladaq ki, 2026-cı ilin aprelində Paşinyan dövlətin imkanları artdıqca Ermənistan sərhədçilərinin İran və Türkiyə ilə sərhədin müəyyən hissələrində mərhələli şəkildə yerləşdiriləcəyini bildirib. O, rusiyalı sərhədçilərə edilən ödənişin artırılmasına xərclənə biləcək vəsaitin Ermənistanın öz sərhədçilərinin imkanlarının genişləndirilməsinə yönləndirilməsinin məqsədəuyğunluğu məsələsini nəzərdən keçirdiklərini söyləyib.