Paşinyandan saqqal şousu VİDEO Yeni Çağ Media

14.11.2024

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan uzun illərdir ona yoldaşlıq edən saqqalını qırxaraq, bu anı öz “Facebook” səhifəsində paylaşıb.

Yenicag.az xəbər verir ki, Paşinyanın üzünü tamamilə təraş edib paylaşdığı bu video cəmiyyətdə müəyyən maraq doğurub. Ancaq onun bu jestlə hansı mesajı vermək istədiyi dəqiq bilinmir.

Musavat.com xatırladır ki, Nikol Paşinyan şəxsi həyatını ictimaiyyətə nümayiş etdirməyi çox sevir. Paşinyan yalnız siyasətçi kimi deyil, həm də sıravi vətəndaş kimi öz gündəlik həyatını izləyiciləri ilə bölüşməkdən zövq alır. O, bazarlıq edərkən, evdə ailəsi ilə yemək yeyərkən, daha çox velosiped sürərkən və ya hər hansı digər fəaliyyətlə məşğul olarkən özünü videoya çəkib paylaşmağı sevir. Paşinyanın bu dəfə saqqalını qırxması və bunu videoya çəkib paylaşması isə onun sosial media izləyiciləri arasında müzakirələrə səbəb olub.

https://yenicag.az/files/uploads/2024/11/AQNIHLcJf4myVt7VLhrX4wSzLmq3L1cnCg6bwquC4vinYFF6ex6fpKDZmVy8M1PbDEzfchJ8lP5UITLJ3Asr60iq.mp4

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью