Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlaması regiondakı təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığı əks etdirir, eyni zamanda Zəngəzur dəhlizi və digər nəqliyyat layihələrinin vaxtında reallaşmasını gecikdirə biləcək siyasi amilləri də göstərir. ABŞ–İran gərginliyi və Yaxın Şərqdəki münaqişələr regionda tranzit marşrutlarının təhlükəsizliyinə dair suallar yaradır və layihələrin icrasına əlavə risklər gətirir. Həmçinin, Ermənistan üçün bu, layihələri uzatmaq və diplomatik manevr sahəsi qazanmaq imkanı da yaradır.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, hazırda regionda baş verən proseslərin sonu qeyri-müəyyəndir.
"Kimin hansı addımı atacağı və hansı vəziyyətin yaranacağı hələ heç kim üçün məlum deyil. İran məğlub olacaq, yoxsa Amerika-İsrail qüvvələri, bu sual hələ açıq qalır. Eyni zamanda, həmin bölgədə gərgin mübarizə davam edir və növbəti dövrlərdə həmin marşrut və coğrafiyaya kimin nəzarət edəcəyi də ciddi sual doğurur. Buna görə düşünürəm ki, İranda baş verə biləcək böyük qarşıdurma, müharibə Zəngəzur dəhlizinə təsir göstərə bilər. Lakin bu əsas səbəb deyil ki, layihə dayanacaq, işlər davam edəcək. Naxçıvan hissəsində tikinti işləri aparılacaq, sonra isə Ermənistan hissəsində, çünki marşrut daha çox o ərazidən keçir".
Ekspert bildirib ki, böyük ehtimalla Ermənistan baş naziri sətraltı mesaj ötürür ki, növbəti mərhələdə Amerika bölgədən çıxsa, bu, Ermənistanın xeyrinə olmayacaq.
"Lakin bu məsələdə təkcə İran deyil, Rusiya amili də var. Buna görə böyük ehtimalla nəqliyyat və kommunikasiya xətləri açılacaq, amma kimin istəyinə uyğun, hansı formada və kim tərəfindən idarə olunacağı mövcud müharibənin yekununda daha aydın görünəcək".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, hazırda regionda baş verən proseslərin sonu qeyri-müəyyəndir.