Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
“7 iyun 2026-cı il seçkilərinin nəticələrinə əsasən, “Real Ermənistan” ideologiyası sonda qalib gəldi və bu o deməkdir ki, “Real Ermənistan” ideologiyası Ermənistan Respublikasında rəsmi ideologiyaya çevrildi. Beləliklə, Ermənistan öz tarixində Dördüncü Respublika adlandırdığımız mərhələyə qədəm qoyur”, - o bildirib.
N.Paşinyanın sözlərinə görə, Üçüncü Respublikanın Dördüncü Respublikadan nə ilə fərqləndiyini qeyd etmək vacibdir:
“Üçüncü Respublika ilk gündən münaqişə məntiqinə əsaslanırdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb”.
Hökumət başçısı ölkəsində yeni inqilabın mümkünlüyündən də danışıb:
“İnqilab yolu ilə hakimiyyətə gələn biri kimi deyirəm ki, Ermənistan xalqı həmişə inqilab edə bilər”.
N.Paşinyan xatırladıb ki, Ermənistan hökuməti “Qarabağ hərəkatı”na son qoyduğunu elan edib.
O deyib ki, əgər erməni xalqı bunu səhv yanaşma hesab etsə, inqilab törədib onu hakimiyyətdən uzaqlaşdıra bilər. N.Paşinyan Qarabağla bağlı çətin qərarlar qəbul etməklə Ermənistanı dalandan çıxardığını bir daha təkrarlayıb. “Ermənistan xalqı da bu fikri bölüşür, əks halda mən bu gün burada olmazdım”.
Baş nazir qeyd edib ki, hakimiyyətə gələndən sonra, o zaman Ermənistanın işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş separatçı rejimə əlavə 1 milyard dollar vəsait ayırıb: “Orada pensiyalar yüksək idi, burada isə aşağıdır və sair. Bundan əlavə, danışmadığımız şeylər də var”.
Mürtəza