Paşinyandan ŞOK ETİRAF: Bu 3 kənd Azərbaycan ərazisidir

20.08.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında anklavlarla bağlı məsələnin sülh yolu ilə tənzimlənməsinin vacibliyini bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, bu proses sərhədyanı ərazilərdə yaşayan insanlar üçün yeni problemlər yaratmamalıdır.

Paşinyan qeyd edib ki, razılaşdırılmış delimitasiya prinsiplərinə əsasən Kərki, Bərxudarlu və Yuxarı Əskipara Azərbaycanın əraziləridir. Ermənistan hökumətinin başçısı delimitasiyanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparıldığını vurğulayıb. Sözügedən sənəd keçmiş sovet respublikalarının inzibati sərhədlərini tanıyır.

“Bu məsələ həll edilməlidir, lakin hərbi yolla deyil. Bu, artıq bağlanmış keçmişin səhifəsidir”, – deyə baş nazir bildirib./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью