Paşinyandan yeni konstitusiya bağlı AÇIQLAMA

21.03.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermə təşəbbüsü göstərmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Bizim gündəliyimizdə konstitusiya dəyişiklikləri məsələsi var. Bu, 2027-ci ilə planlaşdırılıb. Hakim qüvvəmizdə siyasi gündəliyimizi daha konkret etmək üçün konstitusiya proseslərini 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq zərurəti barədə fikirlər var. Lakin bu, sırf daxili siyasi prosesdir. Amma etiraf etməliyəm ki, bunun regional, qlobal təsiri olmaya bilməz”, – Paşinyan qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью