Paşinyandan yeni Konstitusiya və TRIPP mesajı FOTO

22.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunması və TRIPP layihəsinin rəsmi təməlqoyma mərasiminə hazırlıq işlərinin getdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə özünün rəsmi "Facebook" hesabında paylaşım edib.

"Yeni Konstitusiya layihəsinin dərcinə və TRIPP-in təməlqoyma mərasiminə hazırlaşırıq", - deyə Paşinyan paylaşımda qeyd edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri bundan əvvəl "DigiTec 2026" forumunda çıxışı zamanı noyabrın 22-də TRIPP layihəsinin başlanmasının rəsmən elan ediləcəyini və ölkənin yeni Əsas Qanun layihəsinin dərc olunacağını bildirmişdi.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью