Paşinyanı dəstəkləyən yepiskoplar din xadimlərini II Qareginin toplantısına qatılmamağa ça…
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Erməni Kilsəsinin islahatı üzrə Şura bu gün rəsmi bəyanat verərək yepiskopları katolikos II Qareginin xaricdə çağırdığı toplantıya qatılmamağa çağırıb.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bəyanatda Avstriyada keçiriləcək yepiskoplar toplantısına dair qərarın ləğv edilməsi və bu cür ayrı-seçkilik yarada biləcək addımlardan çəkinməyin zəruriliyi tələb olunur.
Şura yepiskopları bu avantüraya qoşulmamağa, kilsənin birliyini pozan hərəkətləri rədd etməyə çağırıb.
Həmçinin, yepiskoplara xarici təsir altında olan, dövlət əleyhinə fəaliyyət göstərən hazırkı kilsə rəhbərliyinin təxribat xarakterli addımlarına tabe olmamaq və əxlaqi-psixoloji təzyiqinə qarşı möhkəm dayanmaq tövsiyə olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu