Paşinyanı öldürmək istədilər

18.05.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan Respublikasının İstintaq Komitəsi bir qrup şəxs tərəfindən törədilən qətlin hazırlanması, kompüter sabotajı və silah və sursatın qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb. 

“Naməlum şəxslər qanunla tələb olunan icazə olmadan ümumi istifadə üçün nəzərdə tutulmayan və kompüter şəbəkəsində saxlanılan, kompüter rabitəsindən yaymaq və istifadə etmək məqsədilə məlumatlara giriş əldə ediblər”-deyə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kim Avdalyan bildirib.

Bundan başqa, canlı yayım zamanı nifrət və dözümsüzlükdən irəli gələn, xuliqanlıq motivləri fonunda Ermənistan Respublikasının Baş nazirinə qarşı, onun dövlət və siyasi fəaliyyəti və siyasi baxışları ilə əlaqədar olaraq, qətl törətməklə bağlı real təhlükə yaradan təhdidlərin yer aldığı videoçarx yayılıb.

İstintaq Komitəsinin məlumatına görə, bir qrup şəxs tərəfindən qətl planlaşdırmaq, kompüter sabotajı və silah və sursatın qanunsuz dövriyyəsi ittihamları ilə cinayət işləri başlanıb. Hazırda cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsi üçün ilkin araşdırma aparılır.

Qeyd edilir ki, əvvəllər internetdə silahlı, maskalı şəxslərin Nikol Paşinyanın hansı küçələrdən keçdiyini bildiklərini iddia edərək təhdid etmiş bir video yayılmışdı” - məlumatda belə deyilir.

Ermənistanın Baş naziri videoda ona müraciət edən silahlı və maskalı şəxsləri “qaçaq və qorxaq” adlandıraraq və onları döyüş meydanını tərk etməkdə ittiham edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью