Paşinyanı tənqid edən vəkil saxlanıldı

17.10.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tanınmış vəkil Aleksandr Koçubayevi Şenqavit Məhkəməsinin binasında saxlayıblar.

Axar.az xəbər verir ki, bu barədə məlumatı onun həmkarı Erik Aleksanyan yayıb.

O bildirib ki, Koçubayev arxiyepiskop Baqrat Qalstanyan və onun 17 tərəfdarının işi üzrə məhkəmənin keçirildiyi binadan aparılıb. İclas başlayandan yarım saat sonra dayandırılıb.

Hazırda onun hara aparıldığı məlum deyil.

Ehtimal edilir ki, o, Paşinyan hakimiyyətini tənqid edən paylaşımlarına görə saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью