Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Azərbaycanla sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq.
Məsələ ilə bağlı bəzi diqqətçəkən məqamlar var. Əvvəla, İrəvan hakimiyyəti ermənilərin Qarabağa qayıtmasını istəmir, çünki onların gəlişi de
Bundan başqa, Ermənistan Qarabağ ermənilərinə görə Qərbdən kifayət qədər ciddi məbləğdə yardımlar alır.
Paşinyan xüsusilə Ermənistan əhalisinin artmasını istəyir. Hətta bu istiqamətdə dövlət proqramı belə hazırlayır.
Digər problem isə Qarabağ ermənilərinin təxminən 50 faizinin Ermənistanı tərk etməsidir.
Bir çox şəxs vətənsiz olduğunu əsas gətirərək Avropa, ABŞ, Avstraliya, Yeni Zelandiyaya üz tutub.
Yəni onların geri qayıtması elə də real deyil. Azərbaycanın məsələyə baxışı isə dəyişməyib.