Paşinyanı yenə onun yanında oturtdular

09.05.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Moskvanın Qızıl Meydanında Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib.

Mərkəzi tribunada Rusiya Prezidenti Vladimir Putin, veteranlar və tədbirin qonaqları, o cümlədən Çin Prezidenti Si Tszinpin, Venesuela lideri Nikolas Maduro, Serbiya Prezidenti Aleksandr Vuçiç, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva, Serb Respublikasının lideri Milorad Dodik, Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəksitan Prezidenti  Şavkat Mirziyoyev, Abxaziyadan Badra Qunba, eləcə də digər dövlətlərin, o cümlədən Afrika dövlətlərinin başçıları oturub.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da Belarus Prezidenti Aleksandr Lukaşenkonun yanında əyləşib.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью